Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

Ziyarətçilər

677595

Solmaz Şirin "Ayat" qəzetinin təsisçisi və baş redaktorudur

Muğam aləmi

“Muğam aləmi” Beynəlxalq Muğam Festivalı 18- 25 mart tarixlərində Bakıda keçirilmişdir.

Festival çərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam Müsabiqəsi və festival konsertləri silsiləsi təşkil olunmuşdur.

2009-cu ilin martında I Respublika Muğam müsabiqəsi keçirilmişdir. Müsabiqəyə 100-dən artıq ərizə verilmiş, ilkin seçim turundan I tura (5-6 mart) 27 namizəd, II tura (9 mart) 10 namizəd keçmişdir. Respublika müsabiqəsinin qalibləri: Təyyar Bayramov…

Read more

Allahın Rəsulundan hədislər

“Yaxşı işlərdə valideynə kömək edən övlada, həmçinin yaxşı işlərdə övladına kömək edən valideynə, qonşunun öz qonşusuna, dostun öz dostuna, şərikin öz şərikinə və yaxşı işlərdə hökumətə kömək edənə Allah rəhmət eləsin”.
“İki şey var ki, heç bir xeyirli iş onlardan yuxarı ola bilməz: Allaha inam, bəndələrə yaxşılıq”.
“İki şey var ki, heç bir şər onlardan pis ola bilməz: Allaha şərik qoşmaq, camaata əziyyət vermək”.…

Read more

Quran və qanun

Müqəddəs “Qurani-Kərim” və dünyəvi qanunlar        

müstəvisində insan hüquqları

 De ki: «Ey insanlar, sizə Rəbbiniz tərəfindən

doğru (söz, haqq) gəlmişdir. Kim doğru yola

hidayət olursa, onun mənfəətinədir. Və kim sap-

qınlığa  düşərsə,  öz  zərərinə  sapmışdır. Mən

sizin vəkiliniz deyiləm.» 

   “Qurani-Kərim”, Yunis surəsi, 108-ci ayə 

Bəşəriyyətin özü kimi qədim olan insan hüquqları ideyası tarix boyu hər za…

Read more

Aforizmlər

Bir ədalət yüz ibadətə dəyər.
Maddiyyat güdənin mənəviyyatı olmaz.
Ədalətli əyalətli olar.
Sədaqət ədalətin dostu, xəyanətin düşmənidir.
Qaynar su şüşəni, kəskin söz adamı sındırar.
Paxıllıq çarəsiz dərddir.
Dost var, düşmən xar olsun.
Qarnını güdən ağlını güdməz.
Hər qismətin öz vaxtı var.
Düz yol əyri üçün deyil.
Hər vaxtın öz baxtı var, hər baxtın öz vaxtı var.
Xoşvaxt olan xoşbaxt olar.
Düz əyriyə biz olar.

Read more

Azərbaycan bayrağına Əhməd Cavad

Türküstan yelləri öpüb alnını
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən
Ərmağan yollasın yara bayrağım!

Gedərkən Turana çıxdın qarşıma,
Kölgən Dövlət quşu, qondu başıma.
İzn ver gözümdə coşan yaşıma,
Dinlətsin dərdini aha, bayrağım!

Qayi xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi,
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşə…

Read more

Xurşidbanu Natəvan

Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı,
Nə də bu aləm ara dil müqəyyədi-qəm olaydı.

Nə hicr atəşinə odlanıb yanaydı dilim,
Nə eşqin içrə könül böylə şad, xürrəm olaydı.

Nə sərv qəddin olaydı, nə həsrətilə gözüm kur,
Nə ruzgar fəraqində qamətim xəm olaydı.

Nə bəhr olaydı, nə ümman, nə böylə göz yaşı cari,
Nə gül üzündə, İlahi, bu növi şəbnəm olaydı.

Nə gül olaydı, nə gülzari-gülşənin dəxi seyri,
Nə xar möhnəti, b…

Read more

Məhsəti Gəncəvi

Əks-səda

Qəminlə hər gecə bir qubar gördüm,
Yuxusuz gözləri hey ağlar gördüm.
Nərgiz gözlərin tək uyusam bir az,
Zülfündən pərişan yuxular gördüm.

Qəhrlə könlümü aldı o mələk,
Qaytarsa götürməm, nəyimə gərək?
Boynuna sarıllam Qiyamət günü,
Bəhanəm olar ki, ondadır ürək.

Həmdəm olduğumuz gecələr getdi,
Gözümdən səpdiyim dürr-gövhər getdi.
Könlümün aramı, can munisimdin,
Getdin, hər şey sənlə bərabər getdi.

Naxışlar, ilmələr

Büt…

Read more

Vərəsəlik hüququndan məhrum olunmuş “oğul” bağ istəyir

“Yeni müsavat” qəzetinin baş redaktoru cənab Rauf Arifoğluya “Ayat” qəzetinin təsisçisi və baş redaktoru Solmaz Şirindən.

Qəzetinizin 18 mart 2009-cu il sayında Elşən Qədimovun “Həkim Qəninin mülkiyyəti uğrunda dava” adlı məqaləsi dərc olunmuşdur. Bu məqalə həm məntiqi, həm də məzmuni cəhətdən səhvlərlə doludur. Heç bir müxbirə heç bir qanun yol vermir ki, hansısa əhvalata özünün və yaxud redaksiyaya müraciət edən şəxsin mövqeyinə uyğun olan birtərəfli tərzdə, 2-ci tərəfin r…

Read more

İlahi hökmlər

Allah eşidəndir hər şeyi, biləndir hər işi.

Allahın əlindədir fəzilət, istədiyinə verir O fəzilətini.

Rəhmətini istədiyinə ayırıb verər Allah, lütfü böyükdür Allahın.

Gözəl davrananları sevər Allah.

Mövlanız Allahdır.

Allah yardımını əsirgəməsə, heç kim qalib gəlməz sizə.

Tək Allah bəs edər bizə, nə gözəl vəkildir O!

Böyük lütf sahibidir Allah.

Kafirlər elə bilməsinlər ki, xeyri vardır onlara verdiyimiz  möhlətin. Günahlarını artı…

Read more

İlham və Fərizə

20 Yanvar – Şəhidlər günü Azərbaycan xalqının taleyinə qanlı, faciəli gün kimi şəhid övladların qanı ilə yazılmışdır. Yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakının küçələrində, meydanlarında qan dizə çıxdı. Ən müasir silahlarla xalq atəşə tutuldu, tanklar, toplar dinc əhalini amansızcasına, vəhşicəsinə məhv etməyə başladı. Sov.İKP MK-nın baş katibi M.Qorbaçovun və digər rəhbərlərin qanlı əli Bakıya, Azərbaycana uzandı... Külli miqdarda kişi, qadın, uşaq, qoca bu vəhşiliyin qu…

Read more

Müşfiq xatirəli məktəb

Bakı şəhəri M. Müşfiq adına 18 saylı məktəbin 100-dən yuxarı yaşı var. 30-cu illərdə gənc şair M. Müşfiq bu məktəbin o vaxtkı binasında ədəbiyyat fənnini tədris etmişdir. Məktəb hal-hazırkı Ş.Qurbanov 6/10 saylı binada 1966-cı ildən fəaliyyət göstərir. Burada 1828 şagird təhsil alır, 182 müəllim fəaliyyət göstərir.

Respublikamız müstəqillik əldə etdikdən sonra milli təhsilin inkişafı və onun qabaqcıl dünya dövlətlərinin təhsil sistemlərinə inteqra…

Read more

Sözüm fonoqramdan ayrıla bilməyən estrada ulduzlarınadır.

“Devin canı şüşədə” olan kimi, bəzi müğənnilərin də canı fonoqramdadır. Bəzi deyəndə ki,... Demək olar ki, bütün estrada müğənnilərinin canı... Allah göstərməsin, ya işıq sönsə, ya texnika xarab olsa, bu müğənnilər ifalarını ixtisara salarlar. Ona görə ki, onların canı cansız texnikanın əlindədir. Bunun mən dəfələrlə şahidi olmuşam. Çəkiliş, yaxud veriliş gedən zaman “müğənnilər” hansısa texniki nasazlıq səbəbindən musiqinin səslənmədiyini görərkən tamaşaçılar qarşısında mikrofonu atıb yerlərind…

Read more

Sözüm gül üzlü, gözəl qızlarımıza, qadınlarımızadır.

Əvvəlcə bütün Azərbaycan qadınlarımızı Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, iradə, təmkin, zərif çiyinlərində daşıdıqları ailə, məişət qayğılarının keşiyində həmişə mətin və sayıq olmağı arzulayıram.

Qadın adı çox şərəfli və məsuliyyətli addır. Azərbaycan qadını bütün əsrlər boyu sədaqət, iradə və mətinliyi ilə başqa xalqların qadınlarından seçilmişdir. At belində kişilərlə çiyin-çiyinə döyüşən nənələrimiz N…

Read more

Sözüm ana dilini qorumayan, onu başqa dillərə dəyişənlərədir.

Azərbaycan dili qədim, zəngin və şirin dildir. Ulu baba-nənələrimizdən bizə miras qalan dilimizi qoruyub saxlaya bilirikmi? 
Millətimizin bir adəti var ki, istər adət-ənənə, istərsə də dildə başqasınınkına daha çox meyl göstərir. Bir vaxtlar vardı, rus dili dəbdə idi, azərbaycanlı ailələrdə uşaqlar dili rus dilinə açır, rus məktəblərində təhsil alır, bu dili doğma dil kimi əzizləyir, özlərini rusdilli adlandırırdılar. Hətta mağaza və obyektlərin adları da rus dilind…

Read more