Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

Blog posts : "Mətbuat"

“Ədalət” qəzeti, 20 noyabr 2014

Qarşımdakı  kitab   

Qarşımda bir kitab var –“Solmaz çiçəklər”dir adı bu kitabın. "Qızıl kitab" mükafatı almışdır bu kitab. Müəllifi Solmaz Şirindir (Solmaz Qədimalı qızı Şirinova). Bu ad mənə çoxdan tanışdır və mənim üçün çox əzizdir. Çünki gözəl tələbəlik illərinin xoş xatirələri bağlıdır bu adla. Bu xanımla 1970-ci ildən tanışam. Bir institutda, eyni kursda, eyni qrupda təhsil alırdıq.

Xoş bir təsadüf baş verdi bu yaxınlarda. Düz 38 il sonra onun xoş səsini eşitdim. Sonra isə özünü, onun xoş üzünü gördüm. Çox sevindim və ruhum şad oldu. Bu təsadüf mənə yeni yaradıcılıq imkanları və ruh yüksəkliyi verdi.

Hadisə belə baş verdi: Bizimlə Ənvər adında Zaqataladan olan bir oğlan oxuyur…

Read more

“Könül” qəzeti, 25 yanvar 2005-ci il

Qismətini gözləyirdin, bu da qismətin, gəlib çatdı, tale səni yavaş-yavaş sənətin içinə atdı.

Ötən günlərdə Vahid poeziya evində şairə Solmaz Şirinin yubileyi və “Solmaz çiçəklər”adlı kitabının təqdimat mərasimi keçirildi. Mərasimə şairənin yaxınları,    qohumları və bir çox sənətçilər dəvət olunmuşlar.

Təqdimatı Vahid poeziya evinin müdiri Şahin Verdiyev açdı. O, qonaqları salamlayaraq şairənin yubileyini və “Solmaz çiçəklər” adlı kitabının işıq üzü görməsinə görə onu ürəkdən təbrik etdi. Təqdimatın aparıcısı “Vahid musiqili-ədəbi şairlər məclisi”nin sədri Həkim Qəni idi. O, çox mehribanlıqla qonaqları salamlyaraq sözü musiqiyə, yəni hörmətli müğənnilərimizə verdi. Əlibaba Məmmədov, Zümrüd Məmmədova Solmaz xanımı təbrik etdilər v…

Read more

6 mart 2004-cü il “Kredo” qəzeti

Dağ çayına bənzəyən poeziya

Dünyada insanların möcüzə saydığı hadisələr var. Bu hadisələr bizi heyrətə gətirir. Təfəkkürümüz onları təhlil və həzm edə bilmir. Dəqiq izahını verə bilmədiyimizdən onları möcüzə kimi qəbul etməyə məcbur oluruq.

Məndən ötrü şeirin, şairliyin özü də möcüzədir. Təsadüfi deyil ki, şeiri bəzən Allahın səsi hesab edənlər də olur. Şairlik, doğrudan da, fitri qabiliyyətdir, Allah vergisidir. O da təsadüfi deyil ki, keçmişdə bəzi aşıqlara Haqq aşığı deyərmişlər.

Şeir, doğrudan da, vəhdən yaranır. Gözlənilmədən İlham Pərisinin mübhəm pıçıltısını qəlbimizlə eşidirik. Onun dilin mövcud qayda-qanunlarını, qrammatik normalarını pozaraq bizə çatdırılmalarını qanunauyğunluq kimi qəbul edirik…

Read more

28 sentyabr 2003-cü il “Yeni Azərbaycan”qəzeti

Poetik sözün işığı

Dövrü mətbuatda imzasına rast gəldiyimiz Solmaz Şirin yaxın vaxtlarda “Qapp-poliqraf”nəşriyyatında yeni kitabını -“Səni gözləyirəm”şeirlər toplusunu çap etdirmişdir. Kitabı diqqətlə oxuyanda görmək olur ki, şeirlər başdan-başa duyğular selidir. Yəni, psixoloji-mənəvi və həyati olanlara duyğular pəncərəsindən səciyyəvi münasibət vardır. Solmaz Şirin mövzu və motiv olanları sanki öz qəlb aləminin işığında böyüdür, ona poetik siqlət aşılayır və oxucuya təqdim edir.

Şeirlərin səciyyəvi forma müəyyənliyi əsasən ənənəvidir. Hiss olunur ki, şairə klassik Azərbaycan ədəbiyyatının folklor qaynaqlarını dərindən bilir. Lirik növün ölən ənənəvi formalarında şeirlər yazır. Bu baxımdan, kitabdakı onbirli…

Read more

4 blog posts