Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

İlahi hökmlər

Allah eşidəndir hər şeyi, biləndir hər işi.

Allahın əlindədir fəzilət, istədiyinə verir O fəzilətini.

Rəhmətini istədiyinə ayırıb verər Allah, lütfü böyükdür Allahın.

Gözəl davrananları sevər Allah.

Mövlanız Allahdır.

Allah yardımını əsirgəməsə, heç kim qalib gəlməz sizə.

Tək Allah bəs edər bizə, nə gözəl vəkildir O!

Böyük lütf sahibidir Allah.

Kafirlər elə bilməsinlər ki, xeyri vardır onlara verdiyimiz  möhlətin. Günahlarını artırsınlar deyə onlara möhlət veririk. Alçaldıcı bir əzab gözləyir onları.

O kəslər ki, xəsislik eləyirlər Allahın bol nemətinə, elə bilməsinlər xeyir gətirər bu onlara. Xeyr, şər gətirər bu onlara.

Göylərin və yerin mirası Allahındır. İşləklərimizdən xəbərdardır Allah.

Allahdır göylərin, yerin yiyəsi. Hər şeyə qadirdir O.

Rəbbimiz, suçumuzdan keç bizim, pis əməllərimizdən təmizləyib qurtar bizi, əməli salehlərin sırasında  rəhmətə göndər bizi.

Hər şeyi biləndir, müdrikdir və həlimdir Allah.

Zəhləniz gedən bir şeyi xeyirli-bərəkətli edər Allah.

Zərrə qədər haqsızlıq etməz Allah, zərrə qədər yaxşılıq edənin yaxşılığnı qat-qat artırar, özü verər beləsinin böyük əcrini.

Təkcə Allah təmizə çıxarar istədiyi adamı.

Heç şübhəsiz, əmanəti yiyəsinə vermənizi, insanlar arasında hakimlik edərkən ədalətli olmanızı əmr edər sizə Allah. Nə gözəl öyüd verir sizə Allah!

Əfv edəndir, bağışlayandır Allah.

Allah ucalardan ucadır, hər şeyin xaliqidir.

Böyük əcir verəcəyik Allahın rizasını qazanmaq istəyənlərə, xeyirxahlıq edənlərə.

Dərinlərdə azmış olur Allaha şərik qoşan.

Allaha iman gətirib Ondan bərk tutanları rəhmətinə və bolluca nemətinə qərq edər, Ona doğru gedən yola yönəldər.

Dünyanın nemətini istəyən kimsə bilsin ki, Allah dərgahındadır dünyanın və axirətin neməti. Allah eşidir hər şeyi, görür hər işi.

Allahındır göylərdə nə varsa, yerdə nə varsa. Vəkillik etməyə tək Allah yetərlidir.

Go Back

Comments for this post have been disabled.