Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Toxunmayın, sevdalıyam,
Xəyalımda məhəbbət var.
Bir igidin sevdasıyam,
Sevdasında dəyanət var.

Vətəniyçin candan keçən,
Düşməninin qanın içən,
Torpaq üçün andın içən,
Bu əsgərdə cəsarət var.

Düşməninə verməz aman,
Ona coddur, sərtdir yaman.
Qisasıyçın gəlib zaman,
Vətənində xəyanət var.

Vətən ona candan əziz,
Məhəbbəti dərya, dəniz.
Millətiyçin çox mübariz,
Vicdanında səxavət var.

Qələbəylə, sülhlə şadlı,
Yeni həyat, töhfə dadlı,
Ürəyində Vətən adlı,
Solmaz adlı əmanət var!

10.01.2021

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International