Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Yaxşılıq təmənna güdərsə, pisliyə çevrilər.

***

Gözdən düşmək göydən düşməkdən betərdir.

***

Biganəlik soyuq məzardır.

***

Qonağı qaş-qabaqlı qarşılamaq – onu qamçılamaq.

***

Məhəbbət adamı qul edər.

***

Dərd, ələm kül olur.

***

Kişi qazancı olmayan evdə bərəkət olmaz.

***

Rüşvətxor soyğunçudur.

***

Nakam sevgi irinli yara kimidir.

***

Dostluq ürəyi para bölmək deməkdir.

***

Əsl əlillik mənəvi əlillikdir.

***

Dəyərsizlər dəyərliləri də dəyərsiz bilər.

***

Sədaqət itirsə, itirir insan
Ümidi, inamı, bir də özünü.

***

Tutma dünya malın canından əziz,
Dünya öz malıyla qalacaq sənsiz.

***

Xeyiri heç zaman şər etməz əvəz,
Doğru zəfər çalar, heç vaxt yenilməz.

***

Qorxulu düşmən kənardan boylanan deyil, yanında fırlanandır.

***

Ağıl hər alətdən itidir.

***

Ömrü musiqilə uzatmaq, şeirlə yaşatmaq olar.

***

Səadət də fəlakət kimi bir təsadüfdür.

***

Səbri gen olanın yolu dar olmaz.

***

Özgəyə ümid olmaq bağlı qapı arxasında qalmaq kimidir.

***

Sirr açana bel bağlama.

***

Pis əldə iti bıçaq da küt olar.

***

Yadda qalmaq üçün layiq olmalısan.

***

Xoşbəxt adamlar bədbəxtə nisbətən xoşbəxtdirlər.

***

Ehtiyac şaha da baş əydirər.

***

Arxadan zərbə vurmaq düşmən əməlidir.

***

Bu gün edərsən günah,
Sabah çəkərsən min ah.

***

Bu gün edərsən savab,
Sabah alarsan cavab.