Yeni il, xoş gəlmisən Yeni Azərbaycana,
Azad Vətən olacaq səninçin doğma ana,
İki min on yeddiylə ver yaraşıq sən ona.
Vətənimin qoynuna səninlə bar, nur dolsun!
Həkk olunsun tarixə bu on yeddinci ili,
Qələbə bayrağını Şuşaya taxsın əli!
Fəxr eləsin hünərlə bu azərbaycan eli.
Sülhlə olmasa, hərblə olmalıdır Qələbə,
Xoşla olmasa, zərblə olmalıdır Qələbə!
Müqəddəs bir ocaqdır Azərbaycan diyarı.
Dünyanın nə yerində olsa da övladları,
Ana Vətən onların qüruru, iftixarı.
Birləşsin yumruq kimi Azərbaycan türkləri,
Vursun zərbə düşmənə, bəlli olsun hünəri!
Bütün dünya türkləri, bayramınız mübarək!
Gün olsun, Qələbəni Qarabağda qeyd edək!
Haqq yolunda birləşib olaq birliyə dəstək!
Yaşasın abadlaşan yeni, şən Azərbaycan!
Gözəlliklər diyarı bu gülşən Azərbaycan!