Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Bir ədalət yüz ibadətə dəyər.
Maddiyyat güdənin mənəviyyatı olmaz.
Ədalətli əyalətli olar.
Sədaqət ədalətin dostu, xəyanətin düşmənidir.
Qaynar su şüşəni, kəskin söz adamı sındırar.
Paxıllıq çarəsiz dərddir.
Dost var, düşmən xar olsun.
Qarnını güdən ağlını güdməz.
Hər qismətin öz vaxtı var.
Düz yol əyri üçün deyil.
Hər vaxtın öz baxtı var, hər baxtın öz vaxtı var.
Xoşvaxt olan xoşbaxt olar.
Düz əyriyə biz olar.