Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Atam şəhid oldu Vətən yolunda,
Vətəni o, mənə tapşırıb getdi.
Öz canın tapşırdı Vətən qolunda,
Vətənin şəninə o, qurban etdi.

Gələcək əsgər tək söz verdim ona,
Qoruyub bəslərəm bu vəsiyyəti.
Saxlaram dünyanın sonu da olsa,
Atamın qoyduğu bu əmanəti.

Vətənlə bərabər ana, bacımı,
Əmanət qoymuşdur o igid atam.
Vətən, ana kimi o baş tacımı,
Etibar etmişdir o şəhid atam!

28.01.2022