AZAD OLACAQSAN SƏN DƏ, XOCALIM

Yerlə yeksan olub torpağın, elin,
Doğmalar əlindən çıxıbdır əlin.
Düşmənlər əlində lal olub dilin.
Gələcək o gözəl gün də, Xocalım,

AY ALLAH, YUXUMA ÇOX GƏLSİN ATAM

Şəhid balasıyam, ürəyim yara,
Atamın yoxluğu çox çəkir dara,
Möhtacam atamlı şən yuxulara.
Gecələr mənimlə, qoy, olsun atam,

ATAMDAN ƏMANƏT

Atam şəhid oldu Vətən yolunda,
Vətəni o, mənə tapşırıb getdi.
Öz canın tapşırdı Vətən qolunda,
Vətənin şəninə o, qurban etdi.

ATAM GETDİ, GƏLMƏDİ

Atam getdi cəbhəyə,
Söz verdi ki, gələcək.
And içdi ki Kəbəyə,
Düşmənləri dələcək.

AZADLIQ YOLLARI AÇDI ŞƏHİDLƏR

Min doqquz yüz doxsan, iyirmi yanvar,
Həkk oldu tarixə qanlı gün təki.
Al qanla azadlıq toxumu əkən,
Azadlıq cücərdən şanlı gün təki.

ANA, AĞLAMA

Şəhidlik zirvəsi qismətin oldu,
Allah rəva bildi bu şəhadəti.
Köksün Vətəninə sevgiylə doldu,
Alışdı qəlbində torpaq həsrəti.

VƏTƏNİN UĞRUNDA CƏNNƏTƏ GETDİN

İsmayıllı təki dilbər guşədə,
Dünyaya göz açdın, xoşbəxt böyüdün.
Olmaq Vətəninçin hərbi peşədə,
Özünə olurdu hər an öyüdün.

ZƏFƏR GÜNÜN MÜBARƏK, ANAM AZƏRBAYCANIM

Zəfər günün mübarək, anam Azərbaycanım,
Zəfər ünün mübarək, canım Azərbaycanım,
Azad şənin mübarək, şanım Azərbaycanım!
Sənə Zəfər yaraşır, uca zirvələrdə ol,