Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

06 fevral 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələ hadisəsinə

Türkiyəm, sağ olsun başın, səbr elə,
Azərbaycan xalqı sənlə əl-ələ.
Ya Rəbbim, dualar getməsin yelə,
Qurtar millətimi, dəyanət eylə.

Ya Rəbbim, böyüksən, su səp odlara,
Kömək et adını anan adlara.
İmanlı xalqımı vermə badlara,
Sən öz varlığına əmanət eylə.

Cənab Ərdoğana nər güc-qüvvət ver,
Böyük türk xalqına dözüm, qüdrət ver.
Yardım edənlərə bollu sərvət ver,
Yarəb, Solmaz dilər, səxavət eylə.

06.02.2023, s.23