Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Evin bircə, gülcə qızı,
Məlahətli, gözəl Türkan.
Ailənin şən ulduzu,
Görən olur sənə heyran.

Qara gözlü, əsmər bəniz,
Məhəbbətin, eşqin dəniz.
Atan, anan sənə əziz,
Adın Türkan, özün ceyran.

Sev elini, sev Vətəni,
Ailənin ey gülşəni!
Hifz eləsin Tanrı səni,
Fəxr eləsin atan, anan.

Yoxdur səndən başqa, bil sən,
Qardaşların sevincisən.
Qürur duyar sənlə Vətən,
Yetişdirər səni dövran.

Zəhmətə də alış, öyrən,
Xöşbəxt olur zəhmət sevən.
Gözəllərin gözüsən sən,
Gözəl Türkan, gözəl Türkan!

Oxu, öyrən, ol bəxtiyar,
Hər ad günün güllü bahar,
Solmaz xalan şeir yazar.
Belə olar, buna inan,
Gözəl-göyçək, əziz Türkan!
Xoşbəxt edər səni dövran!