Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

İnanmışdım bu sevgiyə,
İnanmağım hədər oldu.
Aldanmışdım bu sevgiyə,
Qəfil gəldi, gedər oldu.

Elə bildim ömürlükdür,
Həyatıma dayaq olar.
Elə bildim ölümlükdür,
Son nəfəsə mənlə qalar.

Düşünürdüm bağ-bağatdır,
Bol bar verər, bəhər verər.
Qol-budaqdır, qol-qanaddır,
Həyatıma bahar verər.

Qışın buzlu sazağını
O əridər, yox eyləyər.
Öz hənirti, sıcağını
Ürəyimə ox eyləyər.

Soyuqqanlıq, laqeydlik
Sevgimizə hədəf oldu.
Ən şahanə sevgiliydik,
Şah sevgimiz yetim qaldı.

17.02.2021, s. 11 ərəfəsi.