Bağımızda Qaraca var,
Qapqaraca balaca var.
Gözəllikdə heç tayı yox,
Qarnı, gözü həmişə tox.
Səsləyincə qaçıb gəlir,
Adam kimi o, dil bilir.
Çox körpədir, hələ hürmür,
Uzaqları gözü görmür.
İndi küçük, sabah itdir,
Ən sevdiyi balıq, ətdir.
Özü qara, sinəsi ağ,
Xoşladığı yerdir bu bağ.