Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

(Əsgər sevgilisinin dili ilə)

Zirvələri fəth etdin,ucaldın igidliyə,
Oldun ən ali insan həyatımda, gözümdə.
Fəth elədin həm məni, heyranam bu mərdliyə,
Qürur hissi duyuram mən fərəhlə özümdə.

Çox sağ ol ki, sevdirdin mənə özünü, igid,
Boş qəlbimi doldurdun, həyatıma verdin rəng.
Bu vəfalı sevginlə verdin fəxarət, ümid,
İgidin sevgisi də özü tək cəsur, nəhəng.

Çox etibar edirəm bu sevgiyə, bu anda,
Bu müqəddəs sevginin böyükdür əzəməti.
Ucalır heykəl təki hər saatda, hər anda,
Qoruyaq Tanrımızın bəxş etdiyi neməti.

01.01.2021, s.14

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International