Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Bu gün onilliyin, şərəfli günün,
Ad günün mübarək, gözəl Mələyim!
Dünyaya yayılsın bu xoşbəxt ünün,
Birinci onillik olsun dirəyin!

O tər qönçələrin açsın gül-çiçək,
Layiqli övlad ol, elinə gərək.
Böyük uğurların, şöhrətin görək,
Ürəklər açdırsın, gülsün ürəyin.

Gimnast çempionu olasan bir gün,
Dünyaya səs-soraq salasan bir gün.
Ucalt Azərbaycan bayrağın, ünün,
Parlasın, gül açsın arzu-diləyin!

Qayğıkeş övlad ol, sonra da ana,
Sadiq ol, sahib ol elə, obana.
Həm bacı, qardaş ol sən qardaşına,
Solmaz nənən olsun hər an gərəyin!