Nə qədər dövrəndə paxıl dost ki var,
Sənə düşmən olub uzaqlaşırlar.
Paxıl var, paxırı üzə çıxıbdır,
Paxıl var, içini oda yaxıbdır.
Paxıllıq doğmanı yad edər, Allah,
Bu necə xislətdir, bu necə günah!
Tanrı qənimidir paxıl kəslərin,
Kəsəcək onların paxıl səslərin.
Qonaq olduğumuz fani dünyada,
Qısa ömrünüzü verməyin bada.
Paxıllıq daşını atın, insanlar,
Sevinci sevincə qatın, insanlar!