Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Həyətdə pişikləri
Qoruyub, yemləyirəm.
Çəkirəm keşiklərin,
Bir yerə cəmləyirəm.

Körpəcik balaları
Alıram qucağıma.
Qayğıkeş anaları
Çəkirəm bucağıma.

Başına sığal çəkib,
Gözünü oxşayıram,
Qabına yemək töküb,
Özünü oxşayıram.

Tükləri ipək kimi,
Rəngbərəng, zolaq-zolaq.
Özləri ürkək kimi,
Hər kəsə olmaz qonaq.