Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Sən gözəllər gözəlisən,
Qara gözlü, nur Mələyim.
Taleyimin əzəlisən,
Allah sənə yar, Mələyim!

Ürəyimin özəyisən,
Ev-eşiyin bəzəyisən.
Həyatımın gərəyisən,
Bağ-bağçama bar Mələyim!

Tanrım verib gül ərməğan,
Gözəl qızım, canım qurban.
Varlığına olub heyran,
Çəkim elə car, Mələyim!

Nur saçırsan sabahıma,
Can verirsən pənahıma.
Şükür olsun Allahıma,
Sənin təki var Mələyim!

Göydən enmiş Tanrı payım,
Sənə həsrət Günüm, Ayım.
Solmaz deyir, yoxdur tayın,
Bir dənəsən, dürr Mələyim!
Tər gülümsən, tər Mələyim!