Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Dədə-baba bayramıdır,
Milli Qurban bayramımız!
Nəzir vermə məqamıdır,
Sevinirik biz hamımız.

“Qurban sənə” deyəndə biz,
“Qoyun olsun qurban”, – deyər,
Dara düşüb uyanda biz,
“Qoyun qurban”, – dilə dəyər.

Tanrı belə buyurubdur:
Qurban elə qoyun olar.
İsmayılı qoruyubdur,
Deyib: insan insan qalar.

Qoç başında qırmızı lent
Gedir gəlin qapısına.
Nişanlılar edir qurban
Hərəsi öz yarısına.

Mübarəkdir Qurban günü!
Bayramınız nurla dolsun!
İnsanların dərdli ünü
Qurbanlarla gedər olsun!