Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

(Şəhid Arəstə Baxışovaya ithaf edirəm)

Aslanın erkəyi, dişisi olmaz,
Erkəklər içində döyüşə girdin.
Gözünə göründü nə oğul, nə qız,
Vətənin xilası olmuşdu dərdin.

Hay verdin Vətənin ana səsinə,
Unutdun evdəki balalarını.
Verdin nəfəsini yurd nəfəsinə,
Dəf etməkçin dərdi-bəlalarını.

Əlində silahın, qəlbində qisas,
Qalxdın Vətəninin haray səsinə.
Səni üstələdi övladlıq hissi,
Yad oldun analıq duyğu hissinə.

Zərif vücudunda şir ürəyi var,
Sanki qurd ürəyi yedin otuz il.
Vətən yağılarda, dünyan oldu dar,
Şəhidlik zirvəsin aldın həmayil.

01.08.2021, s.15

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International