Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Sənə ehtiyacım var-
balığın dəryaya, quşun göy üzünə,
yarpağın yağışa
olan ehtiyacı tək.
Sənə ehtiyacım var-
çat-çat olmuş dodağın
bircə gilə suya,
kor olmuş gözlərin
iynə gözü boyda işığa
olan ehtiyacı tək.
Xilas et məni
sənsizliyin əlindən,
ödə ehtiyacımı,
yaşat qəlbinlə qoşa
vuran odlu qəlbimi.