Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Rusiyada şəhərlər, kəndlər abad, firavan,
Uşaqlar gülərüzlü, qardan adam düzəldir.
Ukraynada şəhərlər, kəndlər olur bombardman,
Uşaqlar yad ölkəyə sığınmaqçın düzlənir.

Bir faşist, cəllad “adam” minləri məhv eyləyir,
Diktator, despot qanı varmış onun qanında.
Qadın, uşaq saymayır, yerində güllələyir,
Vəhşi tək qanlar tökür, mərhəmət yox canında.

Hitlerin davamçısı, Putler adı qazanmış,
Sanki qəmirdir canı, heç qanı yox bir qırıq.
Sanki ana doğmamış, gildən, çöpdən yaranmış,
Müqəvvadır, zibildir, vicdanı yox bir qırıq.

Təcavüzçü ölkədə səhərlər sakit, təmiz,
Təcavüz ediləndə açılır tüstü ilə.
Bir ölkədə axşamlar gur işıqlı, tərtəmiz,
Bir ölkədə binalar yarımçıq üstü ilə.

Allah necə götürür bu təzadı, bu ahı?!
Səbri gendir Allahın, gec də etsə, güc edər.
Bu Fironluq edənin bilir nədir günahı,
Fironu göndərdiyi yerə Putler də gedər!

30.03.2022, s.14