Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

(ABŞ-da yaşayan Azərbaycan vətəndaşı Hüseyn Məmmədova ithaf edirəm)

Namusun, qeyrətin yerlə göy qədər,
Səninlə fəxr edir Vətənin, əsgər!
Vətəndən uzaqda olsan nə qədər,
Ürəyin Vətəndə döyünür, Hüseyn,
El-oban səninlə öyünür, Hüseyn!

Eşitcək Vətəndə savaş xəbərin,
Coşdu qeyrətində qisas, kədərin.
Baxmadan sonunda nədir qədərin,
Nyu-Yorkdan Vətənə şığıdın, qartal,
Qəhrəman adınla həmişə ucal!

Vətənin qədrini bildiyin kimi,
Ata-ananın da bildin qədrini,
Qıymadın onlara bala qəhrini.
İstanbul adıyla sən evdən çıxdın,
Könüllü cəsur tək döyüşə qalxdın.

Məhv etdin düşməni, aldın yurdunu,
Tanıtdın dünyaya məğrur Ordunu,
Götürdün üstündən xalqın dərdini.
Zəfər bayrağını ucaltdın, əhsən!
Arxayın qayıtdın, qalib əsgərsən!

10.01.2021, s.04:30 gecə.