ƏMANƏT VAR

Toxunmayın, sevdalıyam,
Xəyalımda məhəbbət var.
Bir igidin sevdasıyam,
Sevdasında dəyanət var.

VƏTƏNİN DADINA ÇATAN MƏRD OĞUL

Namusun, qeyrətin yerlə göy qədər,
Səninlə fəxr edir Vətənin, əsgər!
Vətəndən uzaqda olsan nə qədər,
Ürəyin Vətəndə döyünür, Hüseyn,

MÜQƏDDƏS SEVGİ

irvələri fəth etdin,ucaldın igidliyə,
Oldun ən ali insan həyatımda, gözümdə.
Fəth elədin həm məni, heyranam bu mərdliyə,
Qürur hissi duyuram mən fərəhlə özümdə.

BÖYÜK QƏLƏBƏYƏ, ZƏFƏRƏ DOĞRU

Qulağımız səsdə, gözümüz yolda,
Qələbə xəbəri gözləyirik biz.
Şuşa, laçınımız hələ ki darda,
Onların qəlbiylə vurur qəlbimiz.

FAŞİST ERMƏNİ VANDALLARINA

Murdar düşmən, tez çıx, rədd ol yurdumdan.
Çox zərbə alarsan məğrur Ordumdan!
Yanıb kül olursan, qaçıb gedirsən,
Sənə bir haray yox qonşu yardımdan.

DÜNYANIN GƏRDİŞİ

Bu nə zəmanədir, bu nə gərdişdir?
Pul-para şah olub fani dünyada.
Qanun şahlığını tam itirmişdir,
Əyiş-üyüş olur ani dünyada.

ZƏFƏR NOVRUZUMUZ MÜBARƏK OLSUN

Gözün aydın olsun, Azərbaycanım,
Zəfər Novruzunla firavan oldun.
Dünyaya yayıldı şöhrətin, şanın,
Qalib Ordun ilə şadiman oldun.

O GECƏ

O gecə ulduzlar barışan gecə,
O gecə ürəklər qovuşan gecə.
İki ruh, nəfəsin birləşdiyi an,
Tale ulduzları sayrışan gecə.

deneme bonusu veren siteler casino siteleri bantambagels ecomamahotel