İNANMIŞDIM BU SEVGİYƏ
İnanmışdım bu sevgiyə,
İnanmağım hədər oldu.
Aldanmışdım bu sevgiyə,
Qəfil gəldi, gedər oldu.
ELMAR, ƏKSİK OLSUN ÜSTÜNDƏN QADA
Gözlərin dəniz tək, göylər tək göydür,
Ürəyin səma tək, dərya tək açıq.
Qızın həyatına Günəşdir, Aydır,
Həm də taleyinə müjdə, yaraşıq.
SEÇİLMİŞ DÖRDLÜKLƏR
Allahım, Orduma özün yiyə dur,
Allahım, yurduma özün yiyə dur.
Səndən güclü yiyə yox bu dünyada,
Düşmənə sonadək zərbələr vurdur.
RUSA, ERMƏNİYƏ YOX
Tarix təkrarlanır yenə də bu gün,
Ruslar at oynadır Qarabağımda.
Keçən əsrlərdə olduğu kimi,
Ruslar it oynadır Qarabağımda.
ƏSGƏR
Ali Komandandan bəyanət aldın,
Vətəni, xalqını əmanət aldın.
Xalqın dəstəyindən dəyanət aldın,
Qartal tək şığıdın döyüşə, əsgər,
QİSASI ALMAQLA ÖYÜNDÜN, ƏSGƏR!
“Qalib ol, şəhid ol, ya da qazi ol!”
Devizi altında cəbhəyə getdin.
Vətən harayına hər an hazır ol!
Şüarı altında hərəkət etdin.
YENİ ZİRVƏLƏRİN MÜBARƏK, ŞUŞA!
Səkkiz may günündə enən bayrağın,
Səkkiz Noyabrda zirvənə qalxdı.
Yazadək gözləyə bilmədi xalqın,
Cəngavər əsgərin sinənə qalxdı.
ALİ BAŞ KOMANDANA
Böyük təşəkkür olsun Ali Baş Komandana,
Qüşməni qovmaq üçün əks hücum verdi ona,
Otuz illik həsrəti qoymaq üzrədir sona.
Yaşasın Qarabağım, Bütöv Azərbaycanım,
Dövlətimin başçısı, Ali Baş Komandanım!
DURMA, ƏSGƏR, İRƏLİ!
Şanlı Ordum, irəli, Qarabağın dardadır,
Laçının, Kəlbəcərin, yurdun gözü yoldadır,
Hövsələsi qalmayıb, otuz il işğaldadır.
Ucalt şanlı adını, o şanlı bayrağını,
Göstər Vətənə olan o mərdlik dayağını!
ON YAŞIN MÜBARƏK, GÖZƏL MƏLƏYİM
Bu gün onilliyin, şərəfli günün,
Ad günün mübarək, gözəl Mələyim!
Dünyaya yayılsın bu xoşbəxt ünün,
Birinci onillik olsun dirəyin!