Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Allahım, Orduma özün yiyə dur,
Allahım, yurduma özün yiyə dur.
Səndən güclü yiyə yox bu dünyada,
Düşmənə sonadək zərbələr vurdur.


Əsgər balalarım, qüvvətli olun,
Səbrli,təmkinli,qüdrətli olun.
Otuz illik qisas alın düşməndən,
Tanrıdan güc alın,sərvətli olun.

30.10.2020


Allahım, yağdırma yağışı, qarı,
Möhlət ver Orduma,qalıbdır yarı.
Həsrətlə gözləyən yurd yerləri var,
Qansız yağılarda qalıb diyarı.


Sənə inanmayan kafirdir,Allah,
Necə möcüzələr yaratdın,Billah!
Qoymadın qisası sən qiyamətə,
Otuz ildən sonra zəfər çaldı ah.

08.11.2020