ARVADAĞIZ OĞULLAR

Oğullar var, maskalı
Gəlinlərin əlində.
Danışmırlar bir kəslə
Özlərinin dilində.

TUTUQUŞUM

Atam mənə bir gözəl
Tutuquşu alıbdır.
Deyildir heç o, dəcəl,
Sakit baxıb qalıbdır.

NƏNƏM VƏ MƏN

Nənəmi çox sevirəm,
Canım kimi əzizdir.
Hər nə desə, edirəm,
Hər bir sözü ləzizdir.

AY NƏNƏ

Ay nənə, böyümüşəm,
Qoy, tutum əllərindən.
Qoy, öpüm o möhtəşəm,
Gümüş tək tellərindən!

PİŞİKLƏRİM

Həyətdə pişikləri
Qoruyub, yemləyirəm.
Çəkirəm keşiklərin,
Bir yerə cəmləyirəm.

ÜMİD DƏFNİ

Tək, atasız, əzab ilə
Böyütdü bir oğul ana.
Ötən günü, ayı, ili
Sandı şirin nağıl ana.

SİYAHIYAALMA HEKAYƏTİ

Təzə ilin gəlişini
Arzuladıq və gözlədik.
Köhnə ilin gedişini
Çox təmkinlə biz izlədik.

QƏHRƏMANLIQ SALNAMƏSİ

Doğulandan görmüşdü yetimliyin dəhşətin,
Gözlərini açmışdı atasız bir dünyaya.
Çox keçməmiş o daddı taleyin məşəqqətin –
Həsrət qaldı ömürlük onu doğan anaya.

MƏHƏBBƏT

Harda qaldın, ey məhəbbət,
Ömür artıq olur yarı.
Buna dözmür daha həsrət,
İnsaf eylə, tez gəl, barı.

SEVGİ İSTƏYİRƏM

Əlçatmaz sevginin sorağındayam-
Elə sevginin ki, nakam olmasın,
Hələ qönçə ikən boynunu büküb,
Şaxtada, tufanda erkən solmasın.

deneme bonusu veren siteler casino siteleri bantambagels ecomamahotel