Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

1999-cu ilin yanvar ayında Bakı şəhərində keçirilən əhalinin siyahıyaalınmasında iştirak edən bir məntəqə komissiya tərkibinin – Bakı Slavyan və Xarici Dillər Universitetlərinin müəllim və tələbə heyətinin fəaliyyətinə həsr olunur.

Təzə ilin gəlişini
Arzuladıq və gözlədik.
Köhnə ilin gedişini
Çox təmkinlə biz izlədik.
Dedik, bəlkə əsrin sonu
Üzümüzə güldü bu il,
Ürəklərdə açıb donu
Bir ümman tək oldu bu il.
Bəli, təzə girmişdi il,
Birdən belə xəbər gəldi –
Çağırdılar, dedilər, bil,
Sənin işin çox əngəldi.
Siyahıya alma üçün
Getməlisən məntəqəyə.
Nədirmiş ki, sənin suçun,
Düşdün belə bir tələyə?
İnstitutun müəllimini –
Kimini bir nəzarətçi,
Kimini bir sayıcı tək
Adlandırıb göndərdilər,
Selə, suya döndərdilər.
Gözəl, böyük bir məktəbdə
Çox mehriban, gülər üzlə
Qarşıladı bizi müdir,
Söylədi o, böyük ərzlə:
-Mənə dair qulluq nədir?
Səliqəli məktəbində
Verdi bizə iş otağı,
Saydı bizi öz qonağı.
Nəzarətçi, sayıcılar
Hey zallara yığıldılar,
Tanış olub məlumatla,
Nəzəriyyə, təlimatla,
Kitabçalar, vərəqləri,
Karandaş və qələmləri,
Daha nələr və nələri…
Çantalara yığırdılar,
Sayıcılar sel-su təki
Sahələrə yağırdılar.
Məlumatlar daşıdılar,
Elə səhvlər buraxdılar,
Sonra silib-qaşıdılar.
Coşqun çay tək hey axdılar,
Vərəqəni necə gəldi
Doldurdular, baxmadılar,
Nəzarətçi yoldaşlara
Bolluca iş saxladılar.
Budur, Nazim müəllimi
Bizə müdir göndərdilər,
Sonra Namiq müəllimi
Müavinə döndərdilər.
Bu müdirlə bu müavin
Bizi zala yığırdılar,
Təlimatla, intizamla
Bizi cana yığırdılar.
Nəhayət, bu soyuq zalda
Xəstələndi müdir, mavin,
Nəzarətçi, sayıcı da.
Nəzarətçi məntəqəsi
Oldu bizim iş yerimiz.
Biri yazır, biri pozur,
Bütün günü məşğuluq biz.
Girir-çıxır, yazır-düzür,
Bütün günü coşğunuq biz.
Nazim müdir hey danışır,
Hey darıxır, hey alışır.
Sayıcılar öz işində,
Səhvlərisə öz şişində.
Kağızların arasında
Bir incidir Minayə qız,
Birincilər sırasında
Birincidir Minayə qız.
Səhər gəlir, axşam gedir,
Məntəqədən heç bezməyir,
İnstituta şərəf edir,
Ümidini heç üzməyir.
Sayıcılıq işlərinin
Yarıdan çox hissəsini
O, məğrurluq göstərərək
Götürürdü öhdəsinə,
İşlərini qurtaran tək
Sadiq qalıb öz əhdinə
Kömək etdi özgəsinə.
Qış günləri, soyuq hava,
Hamı düşdü xəstə hala.
“Mən heç xəstə olmadım ki,”
Deyib dərdin etdi iki.
Öz-özünə gözü dəydi,
Zökəm ona yaman dəydi.
Cabir səylə və təmkinlə
İşlərini vurdu başa,
Hər kim nəyi soruşdusa,
Hamısını saldı başa,
Ən qabaqcıl sayıcılar
Sırasında oldu paşa.
Qabaqcıllar sırasında
Gedir Fərrux qardaşımız.
Sayıcılar arasında
biri “dostum”, “sirdaşımız”,
Biri “əziz müəllimim”
Deyərək öz öhdəsinə
Götürdü o, çox səhvləri,
Döyərək öz sinəsinə
Qorudu o, şərəfləri.
Çox səliqə və səhmanla
Tərlan gəldi-getdi işə,
Böyük ədəb və ərkanla
Hörmət etdi bu gəlişə.
Sakit-səssiz vurdu başa
Öhdəsində olan işi,
Çantasını qoydu başa,
O, pozmadan bu sazişi.
Bizim Mirzə müəllimin
İşi elə hey axsayır,
Alatava tək məhlənin
Sirrini heç kim açmayır.
Budur, Zaur keçdi ələ,
Düşdü cana bir vəlvələ.
Bir az əsdi, bir az coşdu,
Özünü o, işə qoşdu.
Bir neçə gün o Xalidə
Hey gözlədi gedənləri.
Sayıcılar məntəqədə,
Onunkular gəlmir bəri.
Yalvarırdı o, Xaliqə,
Geri dönsün ərənləri.
Bir gün döndü gedənləri,
Çantaları gətirdilər,
Vərəqlərin çoxusunu
Yarımçıqca yetirdilər,
İş rejimin ox etdilər,
Özlərini itirdilər,
Birdəfəlik yox etdilər.
Əldə qələm gecə-gündüz
Yazır-pozur bu Xalidə,
İşlərini edib dümdüz,
Yalvarmayır o, Xaliqə.
Təbəssüm xoş təbəssümlə
Gəldi onun köməyinə.
İlusiya gəlib təbə
Qarşıladı bəd xəbəri,
On doqquza, bir məktəbə
Oldu onun iş səfəri.
Onu yanlış məlumatla
Aldatdılar sayıcılar,
Verdikləri bəd ovqatla
Ağlatdılar sayıcılar.
Kamran yığıb dəstəsini,
Toma, Vaqif, başqasını,
Elə söhbət, qiybət edir…