BAŞIN SAĞ OLSUN, TÜRKİYƏM
Türkiyəm, sağ olsun başın, səbr elə,
Azərbaycan xalqı sənlə əl-ələ.
Ya Rəbbim, dualar getməsin yelə,
Qurtar millətimi, dəyanət eylə.
BOZQURDUN BALASI, TÜRKÜN OĞLUDUR
Üzündə təbəssüm, gözündə sevinc,
Sanki körpə qanır, baxır sakit, dinc.
Atası, anası dəyanətli gənc,
Türkün, əcdadının şəstin doğruldur,
YENİ İL, XOŞ GƏLİRSƏN
Yeni İl, xoş gəlirsən Yeni Azərbaycana,
Azad Vətən olacaq səninçin doğma ana,
Hünərli gəlişinlə ver yaraşıq sən ona.
Vətənimin qoynuna səninlə var, nur dolsun,
AD GÜNÜN MÜBARƏK!
Elin gözəl qızı Ramilə xanım,
Otuz beş illiyin mübarək olsun.
Üçüncü otuz beş yüz yaşa addım,
Yüz yaşın ömrünə tac, bəzək olsun!
NƏ QƏRİBƏ DÜNYADIR BU
Düz deyirəm, inanmırlar,
Yalan desəm, inanırlar.
Danlanmırlar, qınanmırlar,
Nə qəribə dünyadır bu!
XIZI HELİKOPTER QƏZASI ŞƏHİDLƏRİNƏ
Yenə şəhid xəbəri, yenə Vətən ağlayır,
Yenə xalqın gözündə qanlı yaşlar çağlayır,
On dörd igid şahinim ürəkləri dağlayır.
Götür qara dumanı, son qoy bu itkimizə,
UKRAYNA CƏLLADI
Rusiyada şəhərlər, kəndlər abad, firavan,
Uşaqlar gülərüzlü, qardan adam düzəldir.
Ukraynada şəhərlər, kəndlər olur bombardman,
Uşaqlar yad ölkəyə sığınmaqçın düzlənir.
İŞĞALÇILIQ QANINDA VAR
Sən hifz eylə, ya İlahi,
Putler adlı quduz itdən.
Dinc xalqlara bu darışan,
Qanın içən gənə, bitdən.
AZAD OLACAQSAN SƏN DƏ, XOCALIM
Yerlə yeksan olub torpağın, elin,
Doğmalar əlindən çıxıbdır əlin.
Düşmənlər əlində lal olub dilin.
Gələcək o gözəl gün də, Xocalım,
BİR GÖZÜMÜZ GÜLÜR, BİRİ AĞLAYIR
Bir gözümüz gülür, biri ağlayır,
Qələbə sevinci – şəhid kədəri.
Ürəklər odlayır, yaxır, dağlayır,
İgidlər itkisi, şəhid qəhəri.