Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Rusiya prezidenti Bladimir Putinə (Putler)

Sən hifz eylə, ya İlahi,
Putler adlı quduz itdən.
Dinc xalqlara bu darışan,
Qanın içən gənə, bitdən.

İmperiya sevdası tək,
Sevda dolub gic başına.
Cumur quduz balası tək,
Sadiq qalıb yaddaşına.

İtirdiyi ölkələri
Keçirməkçin yenə ələ,
Qanlar tökür, canlar alır,
Salır təşviş və vəlvələ.

Baxmır sağa, baxmır sola,
Hitler yolu gedir nadan.
Nə vicdan var, nə mərhəmət,
Nə insaf var – əsli şeytan!

İşğalçılıq qanında var,
Dərk edir ki, elə bunu –
Ruslar üçün qanunda var.
Hitler kimi olar sonu!

Çoxəsrlik işğalçılar
Şirəsini çəkib, udub,
Uzun illər bu xalqların,
Güclü ölkə, “nər” yaradıb.

Ya Allahım, Ulu Tanrım,
Bu şeytana çatmır gücü
Yaratdığın insanların.
Sən qadirsən, çatdır gücü,
Qoy başına bəla tacı.

04.03.2022, s.15