Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Ali Komandandan bəyanət aldın,
Vətəni, xalqını əmanət aldın.
Xalqın dəstəyindən dəyanət aldın,
Qartal tək şığıdın döyüşə, əsgər,
Olmadı qorxudan canında əsər.

Vətən harayına dördəlli getdin,
Basılmaq bilmədən irəli getdin.
Düşmən istehkamın xaraba etdin,
Bayquş tək ulatdın düşməni, əsgər,
Qarşında diz çökdü erməni, əsgər.

Vətəni canından çox baha tutdun,
Oğlunu, qızını, yarı unutdun,
Vətən torpağına qanını qatdın,
Halal olsun, əsgər, ananın südü,
Atanın çörəyi, haqqı, öyüdü.

Dərs verdin düşmənə şücaətinlə,
Yar oldun xalqına məharətinlə,
Qoydun heykəlini cəsarətinlə.
Dünya mat-məəttəl qaldı sehrinə,
Döyüş taktikana,döyüş sirrinə.

Çoxdan gözləyirdin bu sərəncamı,
Könlünü dəlirdi xalq qətliamı,
Məğlub tək sönmüşdü qürurun şamı.
Bayraqla bəzədin yurdunu, əsgər,
Tanıtdın dünyaya Ordunu, əsgər!
Daddırdın Qələbə dadını, əsgər!

27.12.2020

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International