Davranış tərbiyənin güzgüsüdür.
***
Düz adam düz sözdən inciməz.
***
Şirin dillə də baş kəsəndən qorx.
***
Sirrin qədrini əsl sirdaş bilər.
***
Ağıl insanın bələdçisidir.
***
Bəşəriyyət qadın əməyinin bəhrəsidir.
***
Günəş qaranlıqla yaşaya bilməz.
***
Xəyal acı kainatın şirin nemətidir.
***
Namus ləkəsi yuyulmaz.
***
Nəfsini idarə edə bilməyənlər ağlını da idarə edə bilməz.
***
Necə ki etinasız etibarsız olur, etibarsız da etinasız olur.
***
Gəlin və kürəkən qaynanadan halallıq qazanmalıdır.
***
Pambıqla baş kəsənlər xəncərlə kəsənlərdən qorxuludur.
***
Zalım düşməndən xain dost qorxuludur.
***
Qorxmuram vəhşi xislət heyvandan,
Qorxuram mələk donlu şeytandan.
***
Tüstüsü içində boğulan ocaq
Tez özü-özünü söndürər ancaq.
***
Pis gəlməsə, yaxşının qədri bilinməz.
***
Rüşvət almaq dilənməkdən pisdir.
***
Dilənçinin dilənçidən acığı gələr.
***
Qıfıl oğru üçün maneə deyil.
***
Vaxtsız yetişən meyvə yersiz söz kimidir.
***
Özünü öymək biliksiz adamın peşəsidir.
***
Sevgisiz ürək sınıq qədəhdir.
***
Mədəniyyət insanın daxili aləmidir.
***
Dara çəkilən suda boğulana həsəd aparar.
***
İnsanın mərifəti onun danışığından bəlli olar.
***
Ataya, anaya qiymət verməsən,
Qiymətsiz olarsan bu dünyada sən.
***
Olmasın dünyada bir qadın başsız,
Bədən yaşayarmı, qalarsa başsız?
***
Söz danışıqdan keçər.
***
Pis adamlar ona görə çoxdur ki, onlar alaq kimi susuz da bitirlər.