Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Nəvəmə

Bu gün ad günündür, nübar ad günün,
İlk yaşın mübarək, gözəl Mələyim!
Bu gün günlərindən fərqli, şad günün,
Bir yaşın mübarək, dəcəl Mələyim!

Bünövrə yaşındır, olsun mübarək!
Elinə, obana olasan gərək.
Səni ömrün boyu xoşbəxt, şad görək,
Dürr yaşın mübarək, əzəl Mələyim!

Ataya, anaya olasan çıraq,
Nənəyə, qardaşa arxa və dayaq.
Yayasan aləmə nur dolu soraq,
Gül yaşın mübarək, özəl Mələyim!

Gözəllər gözəli, huri-mələksən,
Günəşdən nur alan qönçə çiçəksən,
Solmaz nənən deyir: gözəl-göyçəksən.
İlk yaşın ömrünə təməl, Mələyim,
Bir yaşın mübarək, gözəl Mələyim!