Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

1 iyun Uşaqları Müdafiə Gününə

Mehriban balalar, əziz uşaqlar,
Bir İyun gününüz mübarək olsun!
Sülhlə, məhəbbətlə yansın ocaqlar,
Qəlbiniz sevinclə, fərəhlə dolsun!

Sizi Müdafiə Günüdür bu gün,
Atalı-analı, Vətənli olun.
Bütün günləriniz olsun toy-düyün,
Böyük əməllərlə, işlərlə dolun.

Azad ölkəmizdə indi siz uşaq,
Sizdən yetişəcək yazıçı, alim.
Sabah olacaqsız arxa və dayaq,
Mühəndis, diplomat, müəllim, həkim.

Yetişin Vətənə layiqli övlad,
Qoruyun hər qarış torpağı, daşı.
Adınız Vətənə yaraşan bir ad.
Ucalsın sizinlə Vətənin başı.

Üçrəngli bayrağı saxlayın uca,
Ox olub düşmənin gözünə batın.
Qoymayın Vətəndən yad quş da uça,
Vətəni satanı odlara atın!

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International