Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Mənim quzu Mələk qızım,
Qızım qızı Mələk qızım,
Gəl nənənin ocağına,
Anan yatmış qucağına.

Layla desin nənən sənə,
Desin: “Balam bircə dənə”.
Anan sevən laylaları
Eşit, məst ol gecə yarı.

Layla, Mələk balam, layla,
Həm şəkərim, balım layla.
Özün kimi yuxun şirin,
Həm də gözəl, çay tək dərin.

Xoşbəxt böyü, ol gözəl qız,
Bəxtin olsun çiçəkli yaz.
Ver nənənə nəticələr,
Gözəl-gözəl kötücələr.

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International