Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Gül balasan, Məhbubə,
Bir sonasan, Məhbubə.
Gözəlliklər içində
Özün də o biçimdə.

Sən qızcığaz ağıllı,
Hekayəli, nağıllı.
Babanın gül balası,
Bağçanın su sonası.

Sən bir sakit qızcığaz,
Təbiətin güllü yaz.
Təmkinlisən, sadəsən,
Təriflərdə göydəsən.

Sənə şeir yazıram,
Tərifinə hazıram.
Solmaz xalan belədir,
Meyli sən tək gülədir.

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International