Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Sənin, gözəl Mələyim,
Məktəb ilin mübarək!
Dəftər, qələm və çanta
Tutan əlin mübarək!

Sevindirdin ananı,
Həm nənəni, xalanı,
Bütün eli, obanı…
Deyir elin: mübarək!

Öyrəndin hər üzünü:
Əyrini, həm düzünü.
“Ana”, “Vətən” sözünü
Deyən dilin mübarək!

Qönçə idin, gül açdın,
Günəş kimi nur saçdın,
Tellərinə gül sancdın,
Çiçək telin mübarək!

Öt qartal tək həvəslə,
Qalx zirvəyə gur səslə.
Solmaz deyir bu şəstlə:
“Ana dili”n mübarək,
Məktəb ilin mübarək!

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International