Oğullar var, maskalı
Gəlinlərin əlində.
Danışmırlar bir kəslə
Özlərinin dilində.
Başlarında arvadın
Qoyulmuşdur beyini.
Dillərində arvadın
İşləyir hər deyimi.
Olunurlar idarə,
Çıxmayırlar sözündən,
Rəftar edib bilmədən,
Baş açmadan düzündən.
Obrazını hər kəsin,
Arvad qurur beynində.
Yedizdirir lap həzin,
Necə var öz eynində.
Pambıqla baş kəsənlər
Gizlədirlər maskanı.
Buna uyan oğullar
Heç sayırlar ananı.
Allah, götür maskanı
Gəlinlərin üzündən.
Oğullar da yazıqdır,
Xəbər tutsun düzündən!
09.01. 2020, s.12.