Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

S əma bala, xoş gəlmisən,
Ə l-ayağın yüngül olsun.
M ahnı qoşaq gəlişinə,
A dın bizə tər gül olsun.

S əma qədər geniş olsun
Ə qlin, hissin, qəlbin sənin.
M əhəbbətlə yaşa, sevil,
A rzuların dərya, dərin.

B al süzülür dodağından,
A l yanağın gülə bənzər.
L aləmisən, nərgizmisən?
A dın yeri, göyü bəzər.

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International