Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Bir Korona virusun əlində qaldı dünya,
Bu virusla alışıb, oda qalandı dünya.

Zalım şah tək başına qoydu buynuzlu tacı,
El-obanın aşına tökdü zəhərli acı.

Qəfil qoşun çəkərək qırdı dinc əhalini,
Baxmadı qoca, cavan, sardı dünya əhlini.

Gözəgörünməz, xırda virusun qarşısında,
Aciz qaldı bu boyda güclü, möhtəşəm dünya.

Heç bir gücün, silahın gücü çatmadı ona,
Hegemon ölkələrdə döndü baş hegemona.

Burda böyük hikmət var, o, Tanrının sirridir,
Bu, İlahi qüvvənin üstünlüyü, sehridir.

Solmaz, dərk edək bunu, bu, Allahın işidir.
Azmış olan dünyaya xəbəri, gərdişidir!

01.04.2020, gecə yarı.