Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Ya Allahım, Yaradanım,
Yeri, göyü fəhm edənim,
Bəndələrə rəhm edənim,
Qurtar bizi bu bəladan.

Qəbul elə duaları,
Ağlar qoyma anaları,
Yetim qoyma balaları,
Qurtar bizi bu bəladan.

Bu həyatı sən vermisən,
Onu bizə sevdirmisən,
Sevə-sevə qurdurmusan,
Qurtar bizi bu bəladan.

Yalvarıram Sənə, Tanrım,
Səndən özgə yoxdur yarım,
Sənsən bircə xilaskarım,
Qurtar bizi bu bəladan.

Sən bağışla günahları,
Qoyma yerdə bu ahları.
Ey açdıran sabahları,
Qurtar bizi bu bəladan.

Bu verdiyin dərsdən olmaz,
Bu nankorluq bir də qalmaz.
Namaz üstə deyir Solmaz:
Qurtar bizi bu bəladan,
Yalvarıram, ya Yaradan.

02.04.2020, s.16.