Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Evdə qal,canını qorumaq üçün,
Allahın verdiyi bu əmanəti.
Evdə qal, qanını qorumaq üçün,
Allahın verdiyi şirin neməti.

Özünü, xalqını sevirsən əgər,
El üçün, xalq üçün etməyə dəyər.
Özünə, xalqına verərək dəyər,
Çalış, əsirgəmə bu məhəbbəti!

Evdə qal, dualar eylə Allaha,
Evdə qal, çalış ki,batma günaha.
Dönməsin ölkəmiz fəryada, aha,
Çalış, əsirgəmə bu mərhəməti!

Evdə qal, yarımçıq işlərini gör,
Qızını tumarla, saçlarını hör.
Sevginin,qayğının bəhrəsini dər,
Çalış ,əsirgəmə bu səadəti!

Evdə qal, virusa birgə güc gələk,
Tək əldən səs çıxmaz, birləşək gərək.
Tezliklə sağlamlıq, azadlıq görək,
Solmaz, unutmayaq bu dəyanəti!

03.04.2020, s.14:25

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International