Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Bu qarantin dövründə
Anaya çox sitəm oldu.
Xalq bir zülm çəkdisə,
Ana ikiqat çəkdi.
İki virus oldu qənim,
Yaşlı cana oldu zəli.
Biri çöldən içəriyə atdı onu,
Biri evdə qənim oldu, çapdı onu.
Çöldəkindən qorunmaq çox asan oldu,
Evdəkisə, quduz it tək qapdı onu.
Can verdiyi, qan verdiyi,
Naz-nemətlə böyütdüyü qızı indi
Od püskürür, üzərində hökmranlıq etmək üçün,
Onu qul tək qarşısına atmaq üçün.
Yüz kiloluq gövdə ilə
O, güc tətbiq edir ona,
Öldürməklə hədələyir, vurur-qırır,
Çaxır yerə hər nə gəlir əlinə,
“Əlimdə öləcəksən”,-deyə söyləyir ona.
Tənha kimi qeyd olundu
Bu zavallı, qızlı ana, yaşlı ana.
Ərzağını aldı özgə,
Qızı evdə yatar ikən, öz canına baxar ikən.
Bir vaxt bağışladığı bilərziyi istədi,
“Tez ol, gətir, ver,-dedi,
Yoxsa burda qan tökərəm.”
Ana qoydu bu şərti:
-Qaytar verdiyim südü, canı, qanı,
Sənə çəkdiyim xərci, əzabı, əziyyəti,
İki qram bilərzik onlardan çox ağırmı?
Ana qaytardı ona verdiyi bilərziyi,
Anadan aldıqların o qaytara bilmədi,
Özündən bir nişanə də onda qoya bilmədi.