Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Gəlişinlə bu dünyaya,
Bəxşiş oldun sən anaya,
Nənə, baba, həm ataya,
Ailəyə verdin sevinc.

Oğlan sayaq dəcəl qızsan,
Sevinc verən bir ulduzsan.
Gözəllikdə sən yalnızsan,
Ömrün olsun xoşbəxt və dinc.

Bənzəyirsən Aya, Günə,
Ömrün dönsün toy-düyünə.
Hamı xoşbəxt deyir sənə,
Gözəl Sevinc, göyçək Sevinc!

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International