Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Atanın, ananın bircə balası,
Allahın verdiyi şirin nemətsən.
Sərvətlər içində yox bərabərin,
Bütün sərvətlərdən böyük sərvətsən.

Bir yaşın mübarək, olsun yüz yaşın,
Adın tək özün də olasan arif.
Halal zəhmətinlə ucalsın başın,
Allahdan lütfünü alasan, Arif.

Atalı-analı çat boya-başa,
Vətənə, xalqına sədaqətli ol.
Həmişə bəxtəvər, firavan yaşa,
Əsil kişi kimi dəyanətli ol.

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International