Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Ay bənizli qızcığaz,
Aydan, gündən aldın nur.
Gözlərində işvə, naz,
Ulduzlara tən Aynur!

Taleyində şərəf, şan
Olsun sənə ərməğan.
Uzaq olsun başından
Tüstü, duman, çən, Aynur!

Şirin dilli, bal bala,
Görməyəsən dərd, bəla.
Ata-anan var ola,
Bizim gözəl, şən Aynur!

Gözəllərin gözüsən,
Məhəbbətin özüsən,
Söhbətisən, sözüsən.
Gözə gəlmə sən, Aynur!

Solmaz qoşub söz sənə,
Edir böyük hədiyyə.
Ağıllısan sən deyə
Sevdim səni mən, Aynur!