Şanlı Ordum, irəli, Qarabağın dardadır,
Laçının, Kəlbəcərin, yurdun gözü yoldadır,
Hövsələsi qalmayıb, otuz il işğaldadır.
Ucalt şanlı adını, o şanlı bayrağını,
Göstər Vətənə olan o mərdlik dayağını!
Yetişib qisas çağı, durma, əsgər, irəli!
Qarış-qarış təmizlə, qov yurdundan düşməni,
Tir-tir əsir qarşında mənfur, qorxaq erməni.
Ürəkli ol, yurdunda, doğma torpağındasan,
Haqq yolunda döyüşdə, Qələbə çağındasan!
Qartal tək qanad çalıb yüksəklərə qonursan,
Şahin tək nuşqunlayıb yağıları qırırsan,
Düşməninkin dağıdıb, öz postunu qurursan.
Hər aldığın yerlərdə sancırsan bayrağını,
Həsrətlə öpür torpaq mübarək ayağını!
Tək deyilsən, arxanda böyük xalqın durubdur,
Məhəbbətdən, hörmətdən məğrur sipər qurubdur.
Böyük Qələbə əzmi bu savaşa qürubdur.
Bütün dünyaya göstər, tanıtdır millətini,,
Silahın qoyub qaçan erməni xislətini!
Sənə gücü çatmayır, atəş açır uşağa,
Əsgər deyil, ünsürdür, səviyyəsi aşağı,
Təcavüzçü adıyla olub başıaşağı.
Vur zərbə işğalçıya, azad et torpağını,
Qaldır hər azad yerdə üçrəngli bayrağını,
Solmaz da xalqla alsın Qələbə sorağını!
04.10.2020, s.12