Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Böyük təşəkkür olsun Ali Baş Komandana,
Qüşməni qovmaq üçün əks hücum verdi ona,
Otuz illik həsrəti qoymaq üzrədir sona.
Yaşasın Qarabağım, Bütöv Azərbaycanım,
Dövlətimin başçısı, Ali Baş Komandanım!

Yaşasın rəhbərimin xalqla olan vəhdəti,
Ordumun şücaəti, varlığı, dəyanəti,
Xalqımın Komandana inamı, sədaqəti!
Biz birlikdə güclüyük, Qarabağa gedirik,
Yolumuzda düşməni sarsıdır, məhv edirik.

Beynəlxalq Təşkilatlar kömək etmədi bizə,
Bu dünyada haqsızlıq, yalan çıxıbmış dizə,
Yalançı ermənini çox çıxartdılar düzə.
Haqq yolunu gedirik, Tanrı bizə yar olsun,
Cənab Prezidentimiz, Baş Komandan var olsun!

“Qarabağ – Azərbaycan və nida işarəsi!”
Yolumuz Haqq yoludur, səsimiz də Haqq səsi,
Kəsiləcək düşmənin mənfur, qorxaq nəfəsi!
Eşq olsun Ordumuza, eşq olsun Haqq işinə,
Ümidimiz böyükdür Qələbə gəlişinə!

Şanlı Ordum qanıyla,canıyla tarix yazır,
Qondarma Qarabağın adını qanla pozur.
Cənab İlham Əliyev daim döyüşə hazır,
Qələbə tarixiylə adı tarixdə qalar,
Əbədiyaşar lider adıyla məğrur olar!

04.10.2020