Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Tarix təkrarlanır yenə də bu gün,
Ruslar at oynadır Qarabağımda.
Keçən əsrlərdə olduğu kimi,
Ruslar it oynadır Qarabağımda.

Daşıyır hər yandan quduz itləri,
Yenə məskunlaşır orda erməni.
Qoymadı sonadək gedək irəli,
Təmtəraq yaradaq xəzan bağımda.

Yenə təslim olduq o gavurlara,
Söykəndik yenə də lax divarlara.
Doxsanıncı ildə aldığım yara,
Ən böyük dağ idi cəmi dağımda.

Sülhməramlı adla tülkülük edir,
Girib içimizə, rifahın güdür.
İşğalçı ölkədə sülhməram nədir?
Pisməram donunda durub dağımda.

Ey xalqım, tarixə bir nəzər salaq,
Olub-keçənlərdən biz ibrət alaq.
Gələn nəsillərə müşkül qoymayaq,
Məhv edək düşməni Zəfər çağında.

Şanlı Ordumuza ümidvar olaq,
Türkiyə dəstəyin inamla alaq,
Rusu, ermənini ömürlük qovaq,
Solmaz, səda versin bu, bayrağımda!

16.01.2021, s.16