Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Mən səni qəlbimdən silib atmışam,
Məni izləməyin nə mənası var?
Səninlə yollarım ayrılıb tamam,
Yolda gözləməyin nə mənası var?!

Özünü gözümə soxmağın hədər,
O köhnə hisslərin gəlibdir, gedər.
Mənimçin dünyada sən yoxsan, yetər!
Eşqi bəsləməyin nə mənası var?!

Səndə məhəbbət yox, bir həvəs imiş,
Sənə inanmağım çox əbəs imiş.
Səsin doğma deyil, yad bir səs imiş,
Məni səsləməyin nə mənası var?!

Yenə nə sevdadır, gəlib başına?
Yalançı məhəbbət dolub başına…
Solmaz, bu hissləri burax başına,
Daşa səs verməyin nə mənası var?!